"Liverpul" Belçikanın "Genk" klubunda çıxış edən Lukka Brühmansı transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Ben Yakobs məlumat yayıb.

Mersisayd təmsilçisi 19 yaşlı qapıçının oyununu yaxından izləyir. Bildirilir ki, "Liverpul"un mümkün təklifi yay "transfer pəncərəsi"ndə reallaşsa belə, bu, Brühmansın dərhal əsas komandaya keçidi ilə nəticələnməyəcək.

İngiltərə klubunun belçikalı qapıçını gələcək üçün transfer etməyi və onun inkişafını davam etdirməsini planlaşdırdığı qeyd olunur.