"Nyukasl"ın hücumçusu Nik Voltemade karyerasını "Yuventus"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriio Romano sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Turin klubu 24 yaşlı alman futbolçunu icarəyə götürməkdə maraqlıdır. Oyunçunun özü də bu keçidddə maraqlıdır.

 

Voltemade 2025-ci ilin yayında 75 milyon avro qarşılığında "Ştutqart"dan "Nyukasl"a transfer olunub. O, "sağsağanlar"ın heyətində 53 oyun keçirib, 11 qol vurub və altı məhsuldar ötürmə edib.

 

"Transfermarkt" portalı Voltemadenin bazar dəyərini 55 milyon avro qiymətləndirir. Onun İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.