Madrid "Atletiko"su "Yuventus"un hücumçusu Conatan Deyvidi icarəyə götürməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Madrid təmsilçisi Turin klubunun 26 yaşlı forvardını sonradan transfer etmək şərti ilə icarəyə götürməyi planlaşdırır.  Ancaq ispanlar icarə müddətində futbolçunun məvacibinin yarısını "Yuventus"un verməsini istəyir ki, bu yöndə müzakirələr davam edir.

 

Danışıqların bu gün yekunlaşacağı gözlənilir.