Serbiyalı tennisçi Novak Cokoviç 2026-cı il ABŞ Açıq Çempionatının ilk raundunda argentinalı Mariano Navoneyə məğlub olub (6:7 (5:7), 7:5, 6:4, 2:6, 1:6). Sport24.az xəbər verir ki, 39 yaşlı serb tennisçi son 20 ildə ilk dəfə Böyük Dəbilqə turnirinin ilk raundunda yenilir.
O, sonuncu dəfə 2006-cı ildə, Avstraliya Açıq Çempionatının startında məğlub olmuşdu.
Serbiyalının 25 yaşlı Navone ilə matç 4 saat 40 dəqiqə davam edib. Bu da Cokoviç üçün Böyük Dəbilqə turnirində rekord göstəricidir.
Qeyd edək ki, Cokoviç dünya reytinqində beşinci, Navone isə 49-cu yerdədir.