"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, litvalı mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində iştirak etdiyi tədbirdən foto yayımlayıb.

Dambrauskas paylaşımında "Impossible Dreams" – "Versus Them" mahnısından sitat da yazıb:

"Üfüqün o tayında mükafat var,
Onun gözlərində sonsuz partlayışlar,
Yalnız mümkünsüz arzular
Onu həyata keçirə bilər".

"Sabah"ın çalışdırıcısı daha sonra tarixi uğurla bağlı öz fikirlərini bölüşüb:

"Bəzi günlər və gecələr elə xatirələr yaradır ki, onlar ömür boyu bizimlə qalır. Mən hələ də həmin gecəyə qayıdıb-qayıdıb yaşayıram — mümkünsüz arzuların gerçəyə çevrildiyi gecəyə… Qarşıda bizi nələrin gözlədiyini bilmirəm, amma bir şey dəqiqdir: qarşıdakı gecələrdə daha çox mümkünsüz arzuların ardınca gedəcəyik".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.