Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Misli Premyer Liqasında 200-cü oyununu keçirib. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi mütəxəssisin rəhbərliyi altında yubiley qarşılaşmasında "Neftçi"ni III turda 1:0 hesabı ilə məğlub edib.

 

2020-ci ilin yayından "Zirə"yə rəhbərlik edən mütəxəssisin başçılıq etdiyi kollektiv 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə məğlub olub. Bu matçlarda 247 qol vuran komanda qapısında 187 top görüb.

 

Qeyd edək ki, R.Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də "Qəbələ" ilə səfər görüşündə (1:1) gerçəkləşib.