"Qalatasaray" 21 yaşlı türk hücumçusu Dəniz Gülün transferi ilə bağlı "Porto" ilə şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, klublar arasında razılaşma əldə edilib. Oyunçunun bu gün tibbi müayinədən keçməsi gözlənilir. üçün icazə gözləyirlər. Gülün özü də karyerasını "Qalatasaray"da davam etdirmək istəyir.

 

Qeyd edək ki, "transfermarkt" portalı mərkəz hücumçusu mövqeyində oynayan Gülü 5 milyon avro dəyərində qiymətləndirir. O, əvvəllər İsveç Premyer Liqasında çıxış edən "Hammarby"də oynayıb. Dəniz həmçinin peşəkar karyerasına bu ölkədə başladığı üçün İsveç vətəndaşlığına malikdir.