UEFA-nın sabiq rəhbəri Mişel Platini FIFA prezidenti Canni İnfantinonu istefayay səsləyib. Platini İnfantinonu tənqid edərək, onun qanunlara riayət etmədiyini iddia edib. Sport24.az xəbər verir ki, keçmiş funksioner bu barədə "RMC Sport"-a açıqlama verib:

 

"İnfantino qaydaları pozdu. Reklam fasilələri (2026-cı il Dünya çempionatı zamanı məcburi su fasilələri) Əsasnamədə nəzərdə tutulmayıb. Finaldakı 30 dəqiqəlik fasilə də qaydalarda nəzərdə tutulmayıb. Qırmızı vərəqə (ABŞ millisinin oyunçusu Folarin Baloqun ləğv edilən qırmızı vərəqəsi) indiyə qədər baş verən ən pis şeydir. FİFA prezideti qaydaların qarantı olmalı halda, özü onlara hörmət etmir. O, getməlidir".

 

Qeyd edək ki, bir müddət əvvəl İnfantino dünya çempionatına özəl investisiya cəlb etmək planlarını açıqladıqdan sonra tənqid atəşinə tutulub. UEFA, Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası (CONCACAF) və Asiya Futbol Konfederasiyası (AFC) təklifi rədd edib. Bugünlərdə isə UEFA FİFA prezidentinə cinayət işi açılması ilə bağlı aiddiyatı qurumlara mürcaiət edib.