"Qalatasaray" yerli futbolçulardan birini icarəyə göndərməyi planlaşdırır. Sport24.az xəbər verir ki, söhbət Kaan Aygandan gedir.
Rəhbərlik 31 yaşlı müdafiəçini Almaniyadan onunla maraqlanan klublardan birinə icarəyə verməyi planlaşdırır.
Ayhanın "Qalatasaray"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, karyerası ərzində "Şalke", "Ayntraxt"(Frankfurt), "Fortuna"(Düsseldorf), "Sassuolo" klublarında oynayıb.