"Fənərbağça"da ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Sofyan Amrabatla vidalaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Sofyan ötən mövsüm icarə əsasında "Betis"də çıxış edib. O, eyni zamanda Mərakeş millisi ilə dünya çempionatında forma geyinib.

 

Amrabat 2024-cü ildən "Fənərbağça"da idi. 30 yaşlı futbolçu "bülbüllər"lə 30 oyuna çıxıb.