"Real Sociedad" "Barselona"nın müdafiəçisi Hektor Fortu transfer edib. Bu barədə ispaniya klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər 2031-ci ilə qədər müqavilə imzalayıblar. "Transfermarkt" portalının məlumatına görə, transfer haqqı 8,5 milyon avro təşkil edib.
20 yaşlı Fort Kataloniya klubunun yetirməsidir. Əsas komandada 30 oyun keçirib və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm "Elçe"də icarə əsasında oynayıb. O, klubda 17 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.