"Porto" Santyaqo Ximenesin icarəyə götürülməsi ilə bağlı "Milan"la şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Tərəflər arasında əldə olunan razılığa əsasın icarə müqaviləsi başa çatdıqdan sonra Portuqaliya təmsilçisi hücumçusunu 18 milyon avroya "rənglərinə bağlaya" bilər.

 

25 yaşlı Ximenes 2025-ci ilin qışında "Feyenoord"dan "Milan"a keçib. O, ötən mövsüm bütün turnirlərdə 18 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Hücumçu cari mövsümdə meydana çıxmayıb. Ximenes DÇ-2026-da Meksika yığmasında 4 oyunda iştirak edib.