"RB Leypsiq" Nil El-Alnauinin icarəyə götürməklə bağlı "Roma" ilə şifahi razılığa gəlib. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, icarə müqaviləsi "öküzlər"ə 4 milyon avroya başa gələcək.

 

Mənbənin özlərinə görə Almaniya təmsilçisi gələn yay yarımmüdafiəçini 25 milyon avroya transfer etmək hüququna da malik olacaq.

 

25 yaşlı El-Alnaui ötən ilin iyulunda 23,5 milyon avroya "Lans"dan İtaliya klubuna transfer olunub.

 

Qeyd edək ki, yarımmüdafiəçi "Roma"nın heyətində ümumilikdə 35 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. El-Alnaui DÇ-2026-da Mərakeş millisinin heyətində 6 oyun keçirib.