"Real"ın baş məşqçisi Joze Mourinyo komandasında mövsümün ən yaxşı oyunçusu üçün nəzərdə tutulan "Qızıl top" mükafatını qazanmağa layiq olan bir neçə oyunçunun olduğunu bildirib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "matca"ya danışıb:
"Qızıl top" mükafatı karyerasını başa vurmuş, darıxdığımız oyunçulardan birinə verilməlidir. Maradona, Kriştiano, Messi, Ronaldo, Zidan... "Qızıl top" mükafatını sadəcə Çempionlar Liqasını və ya Dünya Kubokunu qazandığı üçün oyunçuya verə bilməzsən. Əgər mükafatı sadəcə Çempionlar Liqasını qazandığı üçün birinə verməlisənsə, onda onu Luis Enrikeyə (PSJ-nin baş məşqçisi) ver.
Mükafat dünyanın ən yaxşı oyunçusuna verilməlidir. Həmin futbolçunun mütləq ispan və ya PSJ oyunçusu olmalıdı deyil. "Qızıl top" mükafatı dünyanın ən yaxşı üç-dörd oyunçusundan birinə verilməlidir və onlar buradadır - "Real"da. Amma çox təəssüf ki, siyasət "Qızıl top" mükafatının verilməsinə müdaxilə edir və mən siyasətə qarışmağı xoşlamıram".