"Torino" "Lids"in qapıçısı Lukas Perrini bir illik icarəyə götürüb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı braziliyalı qolkiper 2025-ci ildən "Lids"də çıxış edir. O, 2025/26 mövsümündə 20 oyunda 33 qol buraxıb. O, karyerası ərzində "Lion", "Botafoqo" və "San Paolo" kimi klubların formasını geyinib. 

 

Perrinin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. "Torino" gələn yay qapıçını birdəflik transfer etmək hüququqna da malik olacaq. "Transfermarkt" portalı Perrinin transfer dəyərini 10 milyon avro qiymətləndirir.