"Kolxeti"nin 17 yaşlı yarımmüdafiəçisi Andriy Bartişvili karyerasını "Arsenal"da davam etditrəcək. Sport24.az xəbər verir ki. bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, transferin dəyəri 4,5 milyon avrodur. Gələn həftə Bartişvili tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq və bundan sonra London klubu ilə beş illik müqavilə imzalayacaq.

 

gənc oyunçu hazırda Tbilisi təmsilçisi "İberiya 1999"-da icarədədir. O, bu mövsüm 24 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Bartişvili dərhal "Arsenal"ın əsas heyətinə qoşula bilməyəcək. O, 2027-ci ildə, 18 yaşı tamam olandan sonra rəsmi olaraq İngiltərə klubunun formasını geyinəcək.