Misli Premyer Liqasının üçüncü turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi "Neftçi"ni qonaq edir.
Hər iki komanda mövsümə uğurlu start verib. Həm "qartallar", həm də "ağ-qaralar" geridə qalan 2 turu qələbə ilə başa vurub ki, qonaqlar yalnız top fərqinə görə, hazırda turnir cədvəlinin zidvəsində qərarlaşıb. Bu oyunu həm də turun mərkəzi qarşılaşası hesab etmək olar. Qalib gələn tərəf zirvənin tək sahibi olacaq.
Qeyd edək ki, hesabat turu sabah keçiriləcək "Sumqayıt" - Qarabağ" və "Araz-Naxçıvan" - "Sabah" görüşü ilə yekunlaşacaq.
Misli Premyer Liqası
I dövrə, III tur
20:15. "Zirə" - "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə. İdman Kompleksinin stadionu.