Türkiyə 1-ci liqasında dördüncü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi "Bursaspor" səfərdə "Kayserispor"un qonağı olub.

 

Görüş Toralın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

29 avqust

 

"Kayserispor" - "Bursaspor" - 1:2

 

Qollar: F.Həsəni, 31-pen. - K.İheanaço, 58-pen; A.Babacan, 77

 

Toral da bu görüşün ehtiyat oyunçular siyahısında yer alıb. "Bursaspor" bu nəticədən sonra 9 xalla 2-ci pillədə qərarlaşıb.