Misli Premyer Liqasının üçüncü tururna Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, ev oyunlarını "SOCAR Polymer Arena"da keçirən paytaxt təmsilçisi "İmişli2ni qəbul edir.

 

Uzun fasilədən sonra yenidən ölkə futbolunun elitasına dönən "Şəfa" artıq aktivinə 3 xal yazdırmağı bacarıb. Bakılılar ötən həftə səfərdə "Qəbələ"ni minimal hesabla məğlub edib. Heç şübhəsiz ki, Zaur Həşimovun baş məşqçisi olduğu kollektivin əsas məqsədi bu gün də meydana qələbə ilə tərk etmək olacaq. "İmişli" isə geridə qalan 2 turda qələbə qazana bilməyib. Bölgə təmsilçisi açılı turunda "Araz-Naxçıvan"la "sülh" bağlasa da, ötən həftə "Zirə"yə məğlub (3:1) olub. Bu üzdən "İmişli"nin də hədəfi 3 xal olacaq.

 

Qeyd edək ki, hüsabat həftəsinin digər oyunları sabah və bazar ertəsi keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, III tur

20:15. "Şəfa" - "İmişli" 0:0 (Birinci hissə)

 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Cavid Cəlilov. 
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov. 
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Şəfa": 1. Nicat Mehbalıyev 28. Murad Musayev (k) 55. Rauf Hüseynli 6. Fərid Yusifli 10. Dilan Mertens 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe 34. Kristofer Mamenqi

 

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 42. Elnur Cəfərov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 23. Nahid Əliyev 39. Eltun Babazadə 8. Vlad Pop 22. Umar Diav 7. Treyvon Fuller

 

"İmişli": 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 11. Vüsal Qənbərov 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr

 

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 88. Ayxan Abbaszadə 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 6. Yau Mozes 80. Deko 8. Xuan Hernandes 42. Sebai Senin