​"Sabah" Çempionlar Liqasının qrup mərhələsində uğurlu çıxış etmək üçün bütün səylərini göstərəcək". Sport24.az xəbər verir ki, bunu Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Chapionat" nəşrinə açıqlamasında bildirib.

 

O, komandanın asan rəqib, "zəif bənd" olmayacağına ümid etdiyini ifadə edib.

 

​"Düşünürəm ki, "Sabah" Çempionlar Liqasında "zəif bənd" olmayacaq. Biz özümüzü "Real", "Bavariya" və digər böyük klublarla müqayisə edə bilmərik. Amma öz tərəfimizdən bacardığımız qədər yüksək səviyyədə mübarizə aparmağa çalışacağıq".