Bu gün Misli Premyer Liqasında üçüncü tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Şamaxı"nı qonaq edir. Mövsümə iki məğlubiyyətlə başlayan "qırmızı-qaralar" 2025/26 "futbol ili"ndə ilk xalını və ya xallarını qazanmağa çalışacaq. Söylənilənlərə əsasən, bu görüş Kaxaber Tsxadadze üçün son şansdır. Komanda bu dəfə də meydana xalsız tərk edəcəyi halda rəhbərlik gürcü mütəxəssislə yolları ayıracaq. "Şamaxı"nın isə aktivində 1 xal var. Azər Bağırovun çalışdırdığı "şirlər" səfərdən heç-heçə ilə qayıdacağı halda bunu uğur kimi qəbul etmək olar.
Qeyd edək ki, oyunun start fiti saat 18:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, III tur
18:00. "Qəbələ" - "Şamaxı" 0:0 (Birinci hissə)
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev
VAR: Elvin Bayramov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ. Şəhər stadionu.
"Qəbələ": 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 24. İsmael Akinade 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 2. Aqşin Yaqubov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 9. Karim Rossi
"Şamaxı": 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ