"Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadə zədəsini sağaldıb. Bu barədə Sport24.az-a klubdan məlumat verilib.
Belə ki, İlk turda "Neftçi" ilə görüşü zədə səbəbindən buraxan millimizin üzvü növbəti turda "Qarabağ"la qarşılaşmada iştirak ərizəsində olacaq.
Qeyd edək ki, "Sumqayıt" "Qarabağ" qarşılaşması 31 avqustda baş tutacaq. Oyunun start fiti saat 20:15-də səslənəcək.