2026/27 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsinin təqvimi açıqlanıb. Sport24.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Liqa mərhələsinin matçlarına sentyabrın 8-də start veriləcək, 2027-ci ilin yanvarın 27-də isə yekun vurulacaq.
Azərbaycan çempionu "Sabah" ilk oyununu sentyabrın 10-da səfərdə "Mançester Yunayted"lə Liqa mərhələsində son matçını isə yanvarın 27-də səfərdə "Arsenal"a qarşı keçirəcək.
"Sabah"ın oyunlarının təqvimi
1-ci tur, 10 sentyabr
Mançester Yunayted - Sabah
2-ci tur, 13 oktyabr
Sabah - Slaviya
3-cü tur, 20 oktyabr
Sabah - Borussiya Dortmund
4-cü tur, 4 noyabr
Vikinq - Sabah
5-ci tur, 25 noyabr
Sabah - Barselona
6-cı tur, 8 dekabr
Vilyarreal - Sabah
7-ci tur, 20 yanvar
Sabah - Napoli
8-ci tur, 27 yanvar
Arsenal - Sabah
Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır. Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.