"Monako" "Kruz Azul"un yarımmüdafiəçisi Erik Liranın transferi üçün şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

"Monako" oyunçu üçün 8 milyon avro sabit, əlavə 3 milyon avro da bonus şəklində ödəniş edəcək. "Kruz Azul" Liranın növbəti satışının 20%-ni özündə saxlayacaq.

 

"Monako" tezliklə Avropa Birliyi üzvü olmayan oyunçular üçün ayrılmış əlavə yeri boşaldacaq və bundan sonra tərəflər müqavilənin son mərhələsinə keçəcəklər.

 

26 yaşlı Lira DÇ-2026-da özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Lira Xavyer Agirrenin komandasının turnirdə dörd oyunda meydana çıxıb. 

 

Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ilin yanvarından "Kruz Azul"un kapitanıdır. Ümumilikdə, o, bütün turnirlərdə Meksika klubunun heyətində 203 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.