İspaniya millisinin keçmiş oyunçusu Suso 32 yaşında peşəkar futboldan ayrılmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə futbolçunun ötən yaydan bəri formasını geyindiyi "Kadis" klubunun rəsmi saytı məlumat yayıb.
İspaniyalı futbolçunun oktyabrından klubun institusional nümayəndəsi olacaq.
Suso karyerası ərzində "Sevilya", "Milan", "Cenoa", "Liverpul" və "Almeriya" kimi klubların şərəfini qoruyub. O, ümumilikdə bütün turnirlərdə 471 oyun keçirib, 55 qol vurub və 82 məhsuldar ötürmə edib.
Qeyd edək ki, hücumçu İspaniya millisinin heyətində 5 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.