"Valensiya" yarımmüdafiəçi Harvi Elliott üçün "Liverpul"a rəsmi təklif göndərib.Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

23 yaşlı yarımmüdafiəçi ilə üç klubun maraqlandığı bildirilir. Lakin "Yarasalar" onun transferində favoritdir. Futbolçunun özü isə dünən baş tutan danışıqlardan sonra İspaniya klubu ilə şəxsi müqavilə şərtlərəni razılaşdırıb. 

 

Qeyd edək ki, Harvinin "Liverpul"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, ötən mövsümü icarə əsasında "Aston Villa"da keçirib, bütün turnirlərdə cəmi 11 oyunda iştirak edib və bir qol vurub. Elliott bu mövsüm "Liverpul"un heyətində meydana çıxmayıb.