Macarıstan millisinin keçmiş yarımmüdafiəçisi Akos Buzsaki itkin düşüb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, keçmiş futbolçu avqustun 18-dən heç kimlə əlaqəyə çıxmayıb.Polis onun axtarışına başlayıb.
Buzsaki atasının sözlərinə görə, oğlu son bir ildir ki, Yunanıstanda yaşayır və orada tikinti şirkətində işləyir. Onlar sonuncu dəfə bir həftə əvvəl danışıblar.
Qeyd edək ki, Buzsaki karyerası ərzində "Plimut", QPR, "Portsmut" və "Ferensvaroş" kimi komandaların formasını geyinib.