"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasında 978-ci qolunu vurub. Sport24.az xəbər verir ki, portuqaliyalı ulduz ötən gün Səudiyyə Ərəbistanı Pro Liqasında "Əl-Taavun"un qapısına yol tapıb.
Bu, Ronaldonun cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında ilk qolu olub.
Artıq onun karyerasında 1000 qol həddinə çatması üçün 22 dəfə fərqlənməyə ehtiyacı var.