Bernardu Silva hücumçu Kriştianu Ronaldunun gedişindən sonra Portuqaliya millisinin yeni kapitanı olacaq. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Jorje Jezuş bildirib.
Noyabrın 5-də 41 yaşlı K.Ronaldu milli komandadakı karyerasını başa çatdırdığını açıqlayıb. J.Jezuş baş məşqçinin kapitanları seçmədiyini, onların yığmada keçirdikləri oyunların sayına görə müəyyənləşdirildiyini bildirib.
Mütəxəssis hazırda ən çox matç keçirən 5 futbolçunun (Bernardu Silva, Ruben Diaş, Joau Kanselu, Ruben Neveş, Brunu Fernandeş) daha əvvəl işlədiyi klublarda da oynadıqlarını qeyd edib. O, Ronaldudan sonra yığmada ən çox oyun keçirən B.Silvanın kapitan olacağını vurğulayıb.
Qeyd edək ki, K.Ronaldu 2003-cü ildən çıxış etdiyi Portuqaliya seçməsində 234 matçda 146 qol vurub, 2016-cı ildə Avropa çempionu, iki dəfə (2018/19, 2024/25 mövsümlərində) isə Millətlər Liqasının qalibi olub. 32 yaşlı B.Silvanın hesabında isə yığmada keçirdiyi 115 oyunda 14 qolu var.