"Bavariya"nın 17 yaşlı Vizdom Mayk karyerasını "Brügge"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

17 yaşlı cinah oyunçusu 2022-ci ilin yayında Mönhenqladbax "Borussiya"sından Münhen klubuna keçib.

 

Qeyd edək ki, Vizdom 2025/2026 mövsümündə Bundesliqada "Bavariya"nın heyətində 4 oyun keçirib. O, həmçinin Çempionlar Liqasında da bir oyuna çıxıb.