"Nitsa"nın müdafiəçisi Kodjo pepra Oponq "Fənərbaxça"ya transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib.

 

Qana millisinin də şərəfini qoruyan futbolçunun bu gün rəsmi təqdimat mərasimi keçiriləcək. 

 

Qeyd edək ki, müdafiəçi ötən mövsüm bütün turnirlərdə 43 oyunda iştirak edib və bir qol vurub. O, DÇ-2026-da iki oyunda meydana çıxıb.