"Xəzər Lənkəran"ın sabiq futbolçusu Kamran Abdullazadə "Səbail"də məşqçi kimi fəaliyyət göstərəcək. Sport24.az xəbər verir ki, o, komandanın baş məşqçisi Elnur Abdullayevin köməkçisi təyin olunub.

 

Abdullazadə futbolçu karyerası ərzində yetirməsi olduğu "Xəzər Lənkəran"la yanaşı, "Sumqayıt", "Kəpəz", MOİK kimi komandaların şərəfini qoruyub. Onun son klubu isə Region Liqasında çıxış edən "Lerik" olub.