"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı rəqiblərin gücünə görə ən çətin püşk çəkən komandalar sırasında yer alıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Ranked" məlumat yayıb.
Azərbaycan təmsilçisi orta rəqib Elo göstəricisinə görə 1848 xalla 4-cü sırada qərarlaşıb. Bu isə "Sabah"ın liqa mərhələsində kifayət qədər ciddi rəqiblərlə üz-üzə gələcəyini göstərir.
"Mançester Siti" 1865 xalla ən çətin püşklə üzləşən komanda olub. "Brügge" 1862 xalla ikinci, "Qalatasaray" isə 1849 xalla üçüncü pillədə qərarlaşıb.
"Football Ranked"in hesablamalarına əsasən, Çempionlar Liqasında ən asan püşk isə "Fənərbağça"ya düşüb. Türkiyə təmsilçisinin orta rəqib Elo göstəricisi 1762 xaldır.
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.