Türkiyə Superliqasında üçüncü tura start verilib. Sport24.az xəbər verir ki, turun açılış matçında millimizin hücumçusu Nəriman Axundzadənin formasını geydiyi "Ərzurumspor" səfərdə "Gənclərbirliyi"nin qonağı olub.
Matçda qalib aşkarlanmayıb.
"Gənclərbirliyi" - "Ərzurumspor" - 1:1
Qollar: Tozlu, 55 (0:1), Traore, 66 (1:1)
Oyuna ehtiyatdan başlayan Nəriman Axundzadə 85-ci dəqiqədə çilili hücumçu Martin Rodrigezin meydana çıxıb.
Qeyd edək ki, bu heç-heçə sayəsində "Ərzurumspor" mövsümdə ilk xalını qazanıb. İlk dəfə xal itirən "Gənclərbirliyi" isə hazırda Superliqanın liderdir (7 xal).