"İmişli" daha bir futbolçu transferini açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

 

"Deku" ləqəbi ilə tanınan Fransişku Moraiş ilə anlaşma əldə olunub. Oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

 

Anqolalı yarımmüdafiəçi son olaraq Portuqaliyada "Alverka" komandasının formasını geyinib.