"Brentford" "Vest Hem"in futbolçusu El Haci Malik Diufu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 21 yaşlı sağ cinah müdafiəçisinin transferi üçün "Vest Hem"ə 40 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, El Haci Malik Diuf 2025-ci ilin yayında Praqanın "Slaviya" klubundan 25 milyon funt-sterlinq qarşılığında "Vest Hem"ə keçmişdi.