"Tvente"nin futbolçusu Bart van Rooy Konfrans Liqasında "Qarabağ"a qalib gəldikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında 4:1 hesabıyla bitən matçla bağlı bunları söyləyib:
"İnanılmaz oyun idi. Matç gərgin keçirdi və hətta hesabda geri düşdük. Lakin təslim olmadıq və oyunun gedişatını dəyişdik. Qələbə qazandığımız üçün çox sevincliyik, məqsədimizə çatdıq. Bu andan zövq almalıyıq".
"Qarabağ" iki oyunun nəticəsinə görə "Tvente"yə uduzub – 1:0, 1:4.