"Gəncə" daha bir basketbolçunu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək "sarı-göylər"in formasını geyinəcək.
23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.