"Sabah" basketbol komandası Litvada ilk yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi yerli "Juventus Utena" komandası ilə üz-üzə gəlib.

 

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 89:84.

 

Qeyd edək ki, "Sabah" yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.