Mərakeş millisinin və "Lill"in futbolçusu Ayyub Buaddi karyerasını İngiltərədə davam etdirəcək. Sport24.az xəbər verir ki, "Mançester Siti" yarımmüdafiəçini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Şəhərlilər" 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Buaddi dünya çempionatındakı çıxışı ilə diqqət çəkib. O, Mərakeş yığmasının heyətində mundialda 5 oyunda meydana çıxıb.
Futbolçunun "transfermarkt"da dəyəri 80 milyon avrodur.
"Mançester Siti" onun üçün 95 milyon avro transfer haqqı ödəyib. Anlaşmada 5 milyon avroluq bonuslar da yer alır.