Omar Marmuş "Mançester Siti"dən ayrılmağa hazırlaşır. Sport24.az xəbər verir ki, misirli futbolçu "Tottenhem"lə anlaşıb.

 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu Marmuşu satınalma hüququ ilə birlikdə bir illik icarəyə götürəcək.

 

Keçidin sabah tamamlanacağı gözlənilir.

 

Marmuş 2025-ci ildən "Mançester Siti"də çıxış edir. O, "şəhərlilər"lə 62 oyunda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

"Tottenhem" dünən MS-dən Savinyonun transferini açıqlayıb.