U-20 millisinin köməkçi məşçisi, millinin sabiq üzvü Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Niderland təmsilçisi sabah Konfrans liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyununa çıxacaq.

 

Vaqif Cavadov isə 2010/11 mövsümündə formasını geyindiyi Niderland təmsilçisinin məskunlaşdığı otelə yollanıb, klub rəsmiləri ilə görüşüb.

 

Qeyd edək ki, Sabah keçiriləcək "Qarabağ" – "Tvente" oyununa saat 20:00-da start veriləcək. Tərəflər arasında baş tutan ilk görüş ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.