AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının II turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
22.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun "Zirə" – "İmişli" oyununda "İmişli" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
23.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun "Neftçi" – "Araz-Naxçıvan" oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün "Neftçi" komandası 2000 manat cərimə edilsin (maddə 60.2);