"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "qara qartallar" "Bayer"dən Ernest Pokunu transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Niderlandlı hücumçu artıq İstanbuldadır. O, tibbi müayinədən keçdikdən sonra klubla müqavilə imzalayacaq.

 

Poku 2025-ci ildən "Bayer"də çıxış edir. 22 yaşlı futbolçu 29 oyunda 5 qol vurub.