"Beşiktaş" "Yuventus"un yarımmüdafiəçisi Fabio Mirettinin transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul təmsilçisi 23 yaşlı futbolçunu ilkin olaraq icarəyə götürəcək. Müqavilədə Mirettinin transfer hüquqlarının alınması üçün satınalma maddəsi də yer alacaq.
Mirettinin çərşənbə günü İstanbula gəlməsini planlaşdırdığı bildirilir.