"Bavariya"nın keçmiş oyunçuları Tomas Müller, Mats Hummels, Lukas Hernandes və Yann Sommer Portuqaliya təmsilçisi "Eştrel Amadora"nın yeni həmsədrləri olublar.
İnvestisiya konsorsiumu klubun səhmlərinin 90%-ni əldə edib. Müqavilənin dəyəri təxminən 40 milyon avro olub.
Konsorsiuma "KI Group"-un dəstəyi ilə "ADvantage" və "LEAD" rəhbərlik edir. Müller, Hummels, Hernandes və Sommer klubun idarəçiliyində iştirak etməyəcəklər. Təxminən on il "Bavariya"nın oyunçu münasibətləri şöbəsində çalışan 35 yaşlı Yohannes Mosman konsorsiumun prezidenti təyin edilib.
Mənbənin sözlərinə görə, əvvəlki sahibi Paulo Lopo klubu 2020-ci ildə cəmi 71.000 avroya əldə edib. 2023-cü ildə "Eştrela" Portuqaliya çempionatının yüksək divizionuna yüksəlib və o vaxtdan bəri Primyer Liqada çıxış edir.