UEFA hazırkı FIFA prezidenti Canni İnfantinoya qarşı yeni addımlar atacaq. Sport24.az xəbər verir ki, bu barədə Jurnalist Romain Molina sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, UEFA üzvləri 5-27 sentyabr tarixlərində Polşada keçiriləcək 20 yaşadək qadınlar arasında dünya çempionatını boykot etməyəcəklər. Lakin onun iddiasına əsasən, qitə futbol qurumu rəsmi şəxsə qarşı "daha qətiyyətli tədbirlər" planlaşdırır.

 

Xatırladaq ki, İnfantinoya dünya çempionatına özəl investisiya cəlb etmək planlarının uğursuzluğu səbəbindən istefa verməsi ilə bağlı təzyiq göstərilir. UEFA, Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası (KONKAKAF) və Asiya Futbol Konfederasiyası (AFC) təklifi rədd ediblər.

 

Qeyd edək ki, FIFA prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.