"Los Angeles"in qapıçısı Uqo Loris peşəkar səviyyədə 1000-dən çox rəsmi oyuna çıxan ilk fransız futbolçu olub. Sport24.az xəbər verir ki, bu barədə Opta statistik portalı məlumat yayıb.

 

39 yaşlı qapıçı bu göstəriciyə oktyabrın 26-da, MLS-də "LA Galaxy"yə qarşı keçirilən derbi matçında (2:2) imza atıb.

 

Loris Fransa milli komandasının heyətində 145, klub səviyyəsində isə 856 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, "Los Angeles"ə qoşulmazdan əvvəl fransız futbolçu "Nitsa", "Lion" və "Tottenhem" klublarında çıxış edib. O, 2012-ci ildən 2023-cü ilə qədər "Tottenhem"in formasını geyinib.