"Əl-Hilal" "Kristal Pelas"ın hücumçusu İsmail Sarrın tranaferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu 28 yaşlı seneqallı ilə bağlı rəsmi təklif göndərmək məqsədilə İngiltərə klubu ilə əlaqə saxlayıb. "Qalatasaray"ın da oyunçu ilə maraqlandığı bildirilir.
Sarrın İngiltərə klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt onun dəyərini 45 milyon avro qiymətləndirir.
Qeyd edək ki, hücumçu ötən mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib.