Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb. Sport24.az xəbər verir ki, ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən "Sabah" ölkənin əmsalını artırıb.

 

Azərbaycan hazırda 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ölkəmiz bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub.

 

24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb.

 

Qeyd edək ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.